RU

Şəhadətnamə almaq istəyən taksi sürücülərinin nəzərinə

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müraciət edən şəxslər şəhadətnaməni almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

“Cebheinfo.az” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabr 2025-ci il və  20 noyabr 2025-ci il tarixlərdə avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan  əldə edə bilərlər. 

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
2
cebheinfo.az

3Источники