ain.az, Ayna portalına istinadən məlumat yayır.
“İnfantino siyasi neytrallığı qorumaq öhdəliyini pozub”
Miqrant işçilərin hüquqlarını və idmanı təşviq edən qeyri-kommersiya təşkilatı Beynəlxalq Futbol Federasiyasının (FIFA) Etika Komitəsinə şikayət ərizəsi təqdim edib. AYNA.AZ “The Athletic” qəzetinə istinadən bildirir ki, şikayət ərizəsini təqdim edən təşkilat ABŞ Prezidenti Donald Trampa açıq şəkildə dəstək ifadə edən FIFA prezidenti Canni İnfantinonun mövqeyindən narazıdır.
Qeyd olunub ki, “İnfantino siyasi neytrallığı qorumaq öhdəliyini pozub”.
Təşkilat həmçinin İnfantinonun Trampın Nobel Sülh Mükafatını alması üçün lobbiçilik etməsindən, FIFA prezidenti vəzifəsində çalışdığı halda Mayamidə keçirilən biznes forumunda və 2026-cı il Dünya Kubokunun püşkatma mərasimində ona verdiyi dəstəyə görə narazılığını bildirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.