RU

Yol polisi yanğında çarəsiz qalan qadını xilas etdi - VİDEO

Şəhər nəqliyyatı və piyada infrastrukturu ilə bağlı ən vacib, lakin çox zaman diqqətdən kənarda qalan məsələlərdən biri gözdən əlillər üçün sarı zolaqların quraşdırılmasıdır.

Avtosfer.az xəbər verir ki, bu xüsusi relyefli səthlər görmə məhdudiyyətli şəxslərin təhlükəsiz və sərbəst hərəkət etməsi üçün mühüm rol oynayır.

Mütəxəssislər bildirirlər ki, bu zolaqlar sadəcə sarı rəngdə seçilən daşlardan ibarət deyil. Onlar piyada yolunun istiqamətini göstərərək marşrutu müəyyənləşdirir, döngələr və yolun davametmə xətti barədə əvvəlcədən xəbərdarlıq edir. Eyni zamanda pilləkən, pandus, yolkeçidi və digər təhlükəli məkanlara yaxınlaşdıqda insanlara vizual və toxunma yolu ilə siqnal ötürərək diqqətin artırılmasını təmin edir.

Bu zolaqlar həm də görmə məhdudiyyətli insanların şəhərdə heç kimdən asılı olmadan sərbəst hərəkət etməsinə imkan yaradır ki, bu da onlar üçün müstəqillik və rahatlıq deməkdir. Bu elementlər yalnız xüsusi kateqoriyadan olan insanlar üçün deyil, yaşlıların, uşaqların, turistlərin və hətta diqqəti yayınan şəxslərin təhlükəsizliyinə də töhfə verir. Şəhər küçələrinin hər kəs üçün əlçatan və təhlükəsiz olması baxımından zolaqların düzgün tətbiqi vacib hesab olunur.

Şəhər mühitinin inklüzivliyi və piyada təhlükəsizliyi baxımından taktil plitələr həm funksional, həm də sosial əhəmiyyət daşıyan infrastruktur detalıdır və onların düzgün istifadəsi şəhər hərəkətinin daha nizamlı təşkilinə yardım edir.

Eltac Zülfüqaroğlu

Избранный
14
avtosfer.az

1Источники