RU

Əfsanəvi Banişevskinin vəfatından 28 il ötür Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin ölümündən 28 il ötür. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası (PFL) süni intellektlə hazırlanmış video paylaşıb. 

Videoda onun Bakını gəzərək Tofiq Bəhrəmov adına Respublika Stadionuna gəlməsi əks olunur. 

Qeyd edək ki, A.Banişevski 1963-1978-ci illərdə “Neftçi”də çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra 1981-ci ildə “Neftçi”də məşqçilik fəaliyyətinə başlayıb. 1983-cü ildə isə komandadan ayrılıb.

A.Banişevski 1996-cı ildə Azərbaycan futbolundakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. O, 1997-ci ilin dekabrın 10-da dünyasını dəyişib. 

PFL-in hazırladığı videonu təqdim edirik: 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
qafqazinfo.az

3Источники