RU

“Mingəçevir Avtomotoservis”ə yeni rəhbər seçilir - YIĞINCAQ

“Mingəçevir Avtomotoservis” ASC 2026-cı il 10 yanvar saat 15:00-da səhmdarların növbədənkənar yığıncağını keçirəcək.

FED.az xəbər verir ki, yığıncağın əsas gündəliyinə müəssisənin rəhbərliyinin seçilməsi daxildir.

Xatırladaq ki, ASC 4 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 72 min 18 manatdır və qanuni təmsilçisi Yaşar Şirin oğlu Abdullayevdir. Şirkətin 411,87 manat ödənilməmiş vergi borcu var.

Избранный
63
fed.az

1Источники