RU

Aİ Rusiya aktivlərini əbədi dondurmağa tələsir

AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, qanun layihəsi fövqəladə səlahiyyətlərdən istifadə olunmasını nəzərdə tutur. Mənbələrin fikrincə, Aİ rəhbərliyi Rusiya-Ukrayna müharibəsində sülh prosesinin müzakirələri fonunda Rusiyaya təzyiq alətlərini saxlamağa çalışır.

“Yaxın günlərdə Rusiya aktivlərinin daimi dondurulmasının tezliklə təsdiqlənməsi bu vəsaitlərdən istifadə etməklə Ukraynaya mümkün kredit verilməsi barədə müzakirələrdə Aİ-nin mövqeyini gücləndirəcək”, - sənədin hazırlanmasında iştirak edən diplomatlar vurğulayıblar.

Politico:“Tokio Brüsseli dəstəkləmədi
Bu məsələnin dekabrın 18-19-da keçiriləcək Aİ liderlərinin sammitində müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, dekabrın 7-də “FT” Brüsselin bütün Aİ ölkələrinin yekdil razılığı olmadan Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasına imkan verən mexanizmi tapdığını yazmışdı.

- Aİ müqavilələrində ciddi iqtisadi sarsıntılar zamanı tədbirlərin görülməsinə imkan verən bənd var ki, Brüssel də bu bəndi Ukraynadakı hərbi əməliyyatlara və Rusiyanın “hibrid təcavüzünə” şamil edir”,- qəzet diqqətə çatdırıb.

Hazırda Rusiyanın Aİ-dəki aktivlərinin bloklanması qərarı hər altı aydan bir yenilənir.
Yeri gəlmişkən, Yaponiya Avropa İttifaqının (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə etmək planına qoşulmaq təklifindən boyun qaçırıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
11
azvision.az

1Источники