RU

“Zelenskinin İsrailə qaçmasının vaxtı çatıb” - Pentaqonun keçmiş müşaviri

“Ukrayna Prezidenti Volodimir Zelenskinin İsrailə qaçmasının vaxtı çatıb, çünki onun artıq gələcəyi yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki və Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor özünün “X” sosial media hesabında yazıb.

"Zelenskinin şəxsi təyyarəsinin mühərriklərini işə salıb İsrailə uçmasının vaxtı çatıb. O, lazımsız olub və gələcəyi yoxdur", - deyə keçmiş müşavir vurğulayıb.

Makqreqor həmçinin Ukrayna liderinin Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşünü faydasız adlandırıb.

O, Zelenskinin onlardan boş zəmanətlər aldığını bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
missiya.az

1Источники