RU

EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2025-2026-cı illəri əhatə edən proqnozlarını verib

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neftin orta-günlük hasilatı 0,54milyon barrel təşkil edəcək.

Trend xəbər verirki, bu barədə ABŞ-nin Enerji İnormasiya İdarəsi (EIA) məlumatyayıb.

Agentlik ölkədə xam neft hasilatının həcmləri ilə bağlı öncəkiproqnozlarını dəyişməz olaraq saxlayıb.

Proqnoza əsasən, 2026-cı ilin birinci rübündə hasilat gündəlik0,55 milyon barrel olacaq, ikinci rübdə 0,54 milyon barrelinəenəcək, üçüncü və dördüncü rüblərdə isə günlük 0,53 milyon barrelsəviyyəsində olacaq.

EIA 2025-ci il üzrə də əvvəlki qiymətləndirmələrini qoruyubsaxlayıb və gündəlik orta hasilatın 0,57 milyon barrel olacağınıgözləyir. Dördüncü rübdə isə həmin göstəricinin sutkada 0,56 milyonbarrel səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon tonxam neft ( o cümlədən , qaz kondensatı) hasil edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon tonvə ya 4,6 faiz azdır.

Hesabat dövründə 22,988 milyon ton xam nefti hasil olunub ki, buda illik ifadədə 1,1 milyon ton və ya 4,6 faiz azdır.

Məqalədə:
Избранный
52
az.trend.az

1Источники