RU

Media: Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz dondurulması üçün tələsir

Bakı, 10 dekabr, AZƏRTAC

Avropa İttifaqı ölkələri Macarıstanın potensial vetosundan yayınmaq üçün Rusiyanın 210 milyard avroluq aktivlərinin müddətsiz dondurulması ilə bağlı qərarın qəbulunu sürətləndirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Brüssel veto təhlükəsini aradan qaldırmaq üçün fövqəladə səlahiyyətlərlə bağlı qanunu tez bir zamanda qəbul etməyə çalışır.

Avropa Komissiyası dondurulmuş aktivlərdən əldə edilən gəlirləri növbəti iki il ərzində Ukraynaya təxminən 90 milyard avro kredit ayırmaq üçün istifadə etmək niyyətindədir. Nəşr qeyd edir ki, bu sxem Rusiya aktivlərinin 27 üzv dövlətinin yekdil səsi ilə uzadıla bilən altı aylıq dövrlər üçün deyil, qeyri-müəyyən müddətə dondurulmasını ehtiva edir. Brüssel rəsmiləri Kiyevə əlavə yardımın əleyhinə olan Macarıstanın sanksiyaların uzadılmasına mane olacağından ehtiyatlanır.

Избранный
48
2
azertag.az

3Источники