Bu gün astroloji vəziyyət bir çox bürc üçün mühüm dəyişikliklər və yeni imkanlar vəd edir. Enerji axınının gücləndiyi 10 dekabr tarixi həm iş, həm də şəxsi münasibətlər sahəsində aktivlik gətirir.
Redaktor.az xarici media istinadla 12 bürcü bu gün nələrin gözlədiyini təqdim edir:
Qoç - Bu gün enerjiniz yüksək olacaq. İşdə yeni təklif və ya yönləndirmə ala bilərsiniz. Emosional məsələlərdə tələsməyin.
Buğa - Maliyyə ilə bağlı gözlənilməz xəbər ala bilərsiniz. Günün ikinci yarısı daha sakit keçəcək. Sağlamlıqla bağlı xırda bir narahatlıq ola bilər.
Əkizlər - Ünsiyyət üçün əlverişli gündür. Bu gün verilən qərarlar bir müddət sonra ciddi nəticələr verə bilər. Dostlarla görüş xoş təsir bağışlayacaq.
Xərçəng - Ev və ailə ilə bağlı məsələlər ön planda olacaq. Keçmişdən qalan bir mövzu yenidən gündəmə gələ bilər. Sakit davranmağınız məsləhətdir.
Şir - Planlarınızda dəyişiklik qaçılmazdır. İşgüzar danışıqlar uğurlu nəticələnə bilər. Romantik sahədə gözlənilməz xoş hadisə yaşana bilər.
Qız - Bu gün diqqətli olmanız vacibdir. Kiçik anlaşılmazlıqlar yarana bilər. Qərar verməmişdən əvvəl iki dəfə düşünün.
Tərəzi - Uğurlu gündür. Yaradıcılıq tələb edən işlərdə irəliləyiş olacaq. Şəxsi münasibətlərdə harmoniya yaranır.
Əqrəb - Emosional dalğalanmalar mümkündür. Seçim qarşısında qala bilərsiniz. Axşam saatları daha rahat keçəcək.
Oxatan - Yeni ideyalar və planlar üçün əlverişli gündür. İşdə dəstək ala bilərsiniz. Dostlarla ünsiyyət motivasiyanızı artıracaq.
Oğlaq - Məsuliyyətli davranmaq tələb olunacaq. Maddi məsələlərdə diqqətli olun. Şəxsi həyatınızda xoş bir jest ala bilərsiniz.
Dolça - Gününüz aktiv keçəcək. Səyahət, görüş və yeni tanışlıqlar üçün yaxşı vaxtdır. Qərar vermə prosesində intuisiya doğru işləyəcək.
Balıqlar - Hissləriniz güclənəcək. Daxili rahatlıq axtarışında olacaqsınız. Yaradıcılıqla məşğul olmaq sizə yaxşı təsir edəcək.
Nuriyyə NATİQQIZI