RU

Sumidə uşaq güllələnib, 6 nəfər yaralanıb

Ukraynanın Sumi şəhərində uşaqları güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

XəzərNews.az xəbər verir ki, hüquq-mühafizə orqanları 13-16 yaşlarında olan 4 nəfərin yaralandığını, lakin onların həyatları üçün təhlükə olmadığını bildirib.

Polis şübhəlinin üzərində silah tapıb.

Baş Prokurorluq həmin şəxsin hündürmərtəbəli binanın pəncərəsindən atəş açmasına aydınlıq gətirib:

"Hadisə yerinə ilk olaraq patrul polis bölmələri gəlib və atəş aça biləcəkləri mənzili müəyyənləşdiriblər. Daha sonra ev-ev axtarışları aparılıb, şahidlər dindirilib, nəticədə 60 yaşlı kişinin mənzilinə baxış zamanı hamar lüləli ov tüfəngi və tükənmiş mərmi aşkar edilib".

Xəbər 1 dəfə oxunub.
Избранный
33
xezernews.az

1Источники