ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gənc ÇL-in tarixinə necə düşdü?
"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasında rekorda imza atıb.
QOL.az "Opta"ya istinadən xəbər verir ki, almaniyalı oyunçu turnirdə ardıcıl üç matçda qol vuran ən gənc futbolçu olub.
Ötən gecə "Sportinq"lə görüşdə (3:1) rəqib qapsına yol tapan 17 yaşlı futbolçu "Brugge" və "Arsenal"la oyunların da hərəsində 1 qol vuraraq 1992/93 mövsümündən bəri bu nailiyyətə imza atan ən gənc futbolçu olub.
Karl üçüncü qolunu vuranda 17 yaş 290 günlük olub.
Qeyd edək ki, Lennart Karl bu mövsüm "Bavariya"da ümumilikdə 21 oyuna 5 qol vurub, 2 qol ötürməsi edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.