RU

Rusiyaya ağır zərbə: 4 aydan sonra təkrarlandı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Ukrayna dronlarının hücumundan sonra Sızran neft emalı zavodu fəaliyyətini dayandırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“5 dekabrda baş verən hücum zamanı dronlar neftin ilkin emalı qurğusu olan CDU-6-nı zədələyib. Bu, müəssisənin əsas avadanlıqlarından biridir və avqustda dron hücumuna məruz qaldıqdan sonra iki həftə ərzində təmir olunmuşdu. Yeni təmir işləri bir ay davam edə bilər”, – deyə bildirilib.

Sızran şəhərinin meri Sergey Voloçenkov hücum barədə məlumat versə də, detallara varmayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə dronların Sızrandakı NEZ-ə hücum etdiyini təsdiqləyib.

Safura Bənnayeva 

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
1
globalinfo.az

2Источники