Yeni Klinika”nın qarşısında növbə sıxlığını əks etdirən görüntülər yayılıb. Vətəndaşlar iddia edirlər ki, xəstəxananın qapıları bağlı saxlanılıb və onlar içəri buraxılmayıb
Vurğulanıb ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır:
“Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Bütün müəssisələrdə olduğu kimi “Yeni Klinika”nın qapıları da 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri buraxılır. Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə 7/24 rejimində fəaliyyət göstərir. Təcili hal olduğu təqdirdə vətəndaşlar birbaşa həmin şöbəyə müraciət edə bilərlər”.
Həmçinin əlavə olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika”da həm canlı, həm də onlayn növbə sistemi mövcuddur: “Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilərlər”.