RU

Məhkəmə sabiq futbolçu ilə bağlı həbs qərarı verdi

“Mançester Siti”nin keçmiş futbolçusu Co Barton təhqiramiz mesajlar göndərməkdə təqsirli bilinərək şərti cəza alıb.

Publika.az xəbər verir ki, ittihamlar ötən ilin yanvar və mart aylarında “X” sosial media hesabında edilən paylaşımlardan irəli gəlirdi.

Barton əvvəllər teleaparıcı Ceremi Vineni “velosiped sürən pedofil” və “pedofil müdafiəçisi” adlandırmışdı. Barton həmçinin televiziyada ekspert kimi çalışan keçmiş futbolçu Eniola Alukoya yönəlmiş “zərərli mesajlar”da ittiham olunurdu.

Noyabr ayında məhkəmə Bartonu 12 maddədən altısı üzrə təqsirli bilib. Konkret olaraq, keçmiş futbolçu qaradərili qadın Alukonun televiziyada yalnız şou üçün işlədiyini iddia etdiyi yazıya görə günahkar bilinib.

Избранный
20
46
publika.az

10Источники