RU

Bessent Ukraynanın baş naziri ilə Lukoil və Rosneftə qarşı sanksiyaları müzakirə edib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Maliyyə Naziri Skott Bessent Ukraynanın baş naziri Yuliya Sviridenko ilə telefon danışığı vasitəsilə Rusiyanın Rosneft və Lukoil şirkətlərinə qarşı tətbiq olunan sanksiyaları müzakirə edib.

APA xəbər verir ki, bu barədə Bessent “X” hesabında məlumat verib.

"Prezident Donald Trampın Ukraynada davamlı sülhün təmin edilməsinə sadiqliyini vurğulayıb, ABŞ Maliyyə Nazirliyinin Rusiyanın neft nəhəngləri Lukoil və Rosneftə qarşı sanksiyalarını müzakirə etdik", - o yazıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda Rosneft, Lukoil və bu şirkətlərin 34 törəmə şirkətini yeni sanksiyalar paketinə daxil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
apa.az

2Источники