RU

Kadırovdan Ukraynanın hücumunu dəf edən əsgərə gözlənilməz jest

Çeçenistan lideri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatının (PUA) Çeçenistan ərazisinə hücumunu dəf edən əsgəri mükafatlandırıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Kadırov öz Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, əməliyyatı uğurla həyata keçirən əsgər Çeçenistan Respublikasının rəhbərinin təşəkkür məktubu və 1 milyon rubl pul mükafatı ilə təltif olunub.

Xatırladaq ki, regional daxili işlər naziri Aslan İrasxanov isə iclas zamanı Çeçenistanda dronlara qarşı əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü və bəzi hallarda hava şəraitinin problemlər yarada biləcəyini qeyd edib.

Избранный
4
1
konkret.az

2Источники