Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Albaniyada, Dürres limanında baş verib.
Belə ki, Biləsuvar rayon sakini, 25 yaşlı Əvəz Cəfərovu gəmidə elektrik cərəyanı vurub.
O xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub. Mərhumun Biləsuvarda dəfn olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.