Misli Premyer Liqasında 14-ü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, turun son oyununda "Sumqayıt" ilə "İmişli" münasibətlərinə aydınlıq gətirib. "Sumqayıt" minimal hesablı qələbəyə sevinib.
Meydan sahiblərinin məşqçisi Şahin Abdullayevin oyunla bağlı fikirlərini təqdim edirik:
“Gözlənilən kimi ağır oyun oldu. “İmişli” yaxşı müdafiə olunan komandadır. Onlara qarşı ilk oyunda da çətinlik çəkmişdik. Təəssüf ki çox qol epizodu yarada bilmədik. Amma yekunda son dəqiqələrdə qolu vurub 3 xalı qazanan tərəf biz olduq. “İmişli”yə növbəti oyunlarda uğurlar arzu edirəm”.