Bakı. Trend:
İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklikediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindənəmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündənbir ay keçənədək verilə bilər.
İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğuvaxt həmin müddətə daxil edilmir.
Layihəyə əsasən, işçinin əmək qabiliyyətini müvəqqətiitirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə Əmək Məcəlləsindənəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığıdövrlər həmin müddətə daxil edilməyəcək.
Mövcud qanunvericiliyə görə, məzuniyyətdə, ezamiyyətdə olan,əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyəintizam tənbehi verilə bilməz.
Layihəyə əsasən, məzuniyyətdə olduğu, əmək qabiliyyətinimüvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulanişçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda işyerində olmadığı müddətdə işçiyə intizam tənbehi veriləbilməz.