Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Zaqatala Rayon İcra Hakimiyyəti şəhərin Ərəblinski küçəsində yağış və sel sularının kənarlaşdırılması üçün təmir işləri aparacaq. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”in əldə etdiyi məlumata görə, təmirin ehtimal olunan dəyəri 48 365,84 manatdır. Təmir çərçivəsində bünövrə hörgüsünün sökülməsi və sement ilə xüsusi davamlı məhlulda yenidən qurulması, örtük və əsasın sement-betonla sökülüb bərpası, qum-çınqıl qatışığı ilə əsasların döşənməsi və hamarlayıcı qatların hazırlanması, betondan yastı bünövrə tavalarının qurulması planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.