RU

Rusiyada daha bir təyyarə qəzası

8 dekabrda Rusiyanın İvanovo vilayətində ağır An-22 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Agentlik təcili yardım xidmətlərinə istinadən bildirir ki, təyyarədə yeddi nəfər olub. Xilasedicilər qəza yerinə göndərilib.

Qəza su anbarı yaxınlığında baş verib; təyyarənin qalıqları suda tapılıb. Məlumatda deyilir ki, təyyarə təmirdən sonra adi sınaq uçuşu həyata keçiribmiş.

Rusiya təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən Telegram kanalı “Mash” bildirir ki, vurulan “An-22” təyyarəsinin ekipajının öldüyü ehtimal olunur. Təyyarə sonuncu dəfə yerli vaxtla saat 11:00-da hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
11
editor.az

1Источники