Belçikanın “Euroclear” depozitar şirkəti, Aİ-nin Rusiya Bankından dondurulmuş vəsaitləri müsadirə edəcəyi təqdirdə, Rusiya aktivlərində 16 milyard avro itirmək riski ilə bağlı xəbərdarlıq edib: “Əgər Aİ-nin qərarı Rusiya aktivlərinin müsadirəsi kimi şərh olunarsa, bu, “Euroclear” və müştərilərini məhkəmə tədbirlərinə və aktivlərin müsadirəsinə məruz qoyacaq”, – deyə depozitarın maliyyə riskləri üzrə baş direktoru Guillaume Elier AFP-ə bildirib.
O, Avropa Komissiyasının Belçikaya təklif etdiyi zəmanətlərin bütün riskləri aradan qaldırmadığını iddia edib. “İndi bizə təklif olunanlar Avropanın investisiya yeri olmadığına dair bir siqnal kimi qəbul edilə bilər”, – deyə vəkil mümkün kapital axınını proqnozlaşdıraraq bildirib.
//Samir Qurbanov, Editor.az