Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə saxta SIMULECT(basiliksimab) preparatının aşkar edilməsi ilə bağlı rəsmixəbərdarlıq yayıb. Saxta dərman Ruanda, Bolqarıstan və Türkiyədəaşkarlanıb.
Trend xəbərverir ki, bu barədə ÜST məlumat yayıb.
Məlumata görə, SIMULECT immunosupressiv dərmanlar qrupuna aiddirvə böyrək transplantasiyası keçirmiş yetkin və uşaqlarda orqanrəddinin qarşısını almaq üçün istifadə olunur. Dərman inyeksiyaüçün su ilə birlikdə flakon şəklində satılır və əsasən xəstəxanaşəraitində tətbiq edilir.
Qeyd edilir ki, seriya nömrəsi SFYD2 olan SIMULECT məhsullarısaxtadır. Saxta məhsullarda orojinaldan fərqli olaraq dozajqeydində "mg" əvəzinə "MG" istifadə olunur, istehsal ölkəsi kimi"Fransa məhsulu" deyil, "İsveçrə və ya Fransa məhsulu"göstərilir.
Təşkilat bildirir ki, bu cür saxta preparatlar xəstələr üçünciddi təhlükə yarada bilər. Risklərə aşağıdakılar daxildir:
- Terapevtik təsirsizlik nəticəsində orqanların rədd edilməsi;
- İmmunitetin həddindən artıq zəifləməsi və infeksiyalara qarşıhəssaslıq;
- Tərkibində naməlum və ya zərərli maddələr səbəbilə allergik vətoksik reaksiyalar;
- Steril olmayan inyeksiya nəticəsində infeksiya riski.
ÜST bu dərmanlardan istifadə etməməyi tövsiyə edir və şübhəlihallarla bağlı dərhal yerli səhiyyə orqanlarına məlumat verilməsiniistəyir.