RU

Ekspert: “Bakının sel problemi təsadüf deyil, sistemli layihə səhvidir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Yağış suları ilə bağlı problemlərin əsas səbəbi kollektorlar, drenaj xətləri, suqəbuledici qurğular və reşotkaların tam saz vəziyyətdə olmamasıdır. Əgər bu sistemlər düzgün layihələndirilsə və müntəzəm şəkildə təmizlənsəydi, şəhərdə hər yağışdan sonra eyni problemlərin yaşanması qaçılmaz olmazdı. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə müəyyən hallarda sel basması olur, amma bu, problemin məsuliyyətini tam şəkildə təbiətin üzərinə atmağa əsas vermir".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.O, bildirib ki, layihələndirmə zamanı mühəndislikdə xüsusi qayda mövcuddur: "Son 100 ildə həmin ərazidə qeydə alınmış ən yüksək yağıntı göstəricisi əsas götürülməlidir. Məsələn, Bakıda son bir əsrdə ən çox yağıntı hansı ildə düşübsə, sistemlər də məhz həmin həcmə uyğun hesablanmalı və suyun hövzələrdən tam şəkildə deşarj edilməsi təmin edilməlidir. Bu, kollektorların, suqəbuledicilərin və bütün drenaj infrastrukturunun gücünü düzgün müəyyən etmək üçün əsas şərtdir".Ekspert bildirib ki, problemlər bəzən suqəbuledici qurğuların hesabatlara uyğun yerləşdirilməməsi və ya onların vaxtında təmizlənməməsi səbəbindən yaranır:"Yarpaq, budaq, plastik qab, əski və digər tullantılar suyun yolunu kəsir, nəticədə qısa müddətdə yağan böyük həcmdə yağış suyu sistemə düşdükdə axın təmin olunmur və küçələri su basır. Bu kimi hallar təmizlənmə və texniki xidmət işlərinin lazımi səviyyədə aparılmadığını göstərir".Onun sözlərinə görə, hər güclü yağış zamanı şəhərin eyni mənzərə ilə üzləşməsi artıq infrastrukturun köhnəldiyini sübut edir:"Son əsrin yağıntı göstəricilərinə əsaslanaraq drenaj və kollektor sistemlərinin yenidən hesablanması, sukanallarının tam şəkildə yenilənməsi və mütəmadi təmir işlərinin aparılması zəruridir. Əks halda, hər yağış Bakıda eyni problemləri təkrarlamağa davam edəcək".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
demokrat.az

1Источники