Bakı.Trend:
Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Özbəkistan üçünAzərbaycanla əməkdaşlıq qlobal bazarlara çıxışın təmin edilməsibaxımından həyati əhəmiyyət daşıyır.
Bu barədə Trend-əÖzbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.
Bildirilir ki, son illər Özbəkistan və Azərbaycan arasındanəqliyyat-logistika əməkdaşlığı dinamik şəkildə inkişaf edir vəartıq strateji xarakter alıb. Hər iki dövlət Asiya ilə Avropaarasında ən qısa və təhlükəsiz marşrutu təmin edən Xəzər dəniziüzərindən keçən Orta Dəhlizin – Transxəzər Beynəlxalq NəqliyyatMarşrutunun inkişafına xüsusi önəm verir.
“Mövcud dövrdə əməkdaşlıq üzrə geniş müqavilə-hüquqi bazamövcuddur: iqtisadi və nəqliyyat əlaqələrinin gələcək inkişafı üçünmöhkəm əsas formalaşdıran təqribən 200 ikitərəfli sənəd imzalanıb”,– mənbə qeyd edib.
Vurğulanıb ki, əldə olunan irəliləyişə əsasən, tərəflərinqarşısında nəqliyyat dəhlizinin daha da inkişafına dairgenişmiqyaslı planlar dayanır.
“Özbəkistan Nəqliyyat Nazirliyi Azərbaycanlı həmkarları ilə sıxəməkdaşlıq çərçivəsində infrastruktur sahəsindəki “dar boğazların”aradan qaldırılması, tranzit marşrutlarda rəqəmsallaşma vəprosedurların sadələşdirilməsi, eləcə də əlverişli tarifşərtlərinin razılaşdırılması üzərində işləyir”, – deyə qurumdanbildirilib.