RU

İngiltərə millisinin üzvü həbs edildi

İngiltərə millisinin hücumçusu Ayvan Toni həbs edilib.

Fanat.Az xəbər verir ki, məlumatı " The Sun" yayıb .

Xəbərə görə, forvard Londondakı barda bir nəfərin başına zərbə vurmaqda şübhəli bilinərək saxlanılıb. Mənbə zərərçəkənin Ayvanla şəkil çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verdiyini vurğulayıb.

Həmin şəxs daha sonra burnunun sınması ilə bağlı həkimə müraciət edib. Hadisədən sonra polis futbolçunu əlləri qandallı şəkildə bardan çıxarıb.

Qeyd edək ki, 29 yaşlı Touni 2024-cü ilin avqustunda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib. O, İngiltərə millisində 7 matça çıxaraq 1 qol və beyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Избранный
62
fanat.az

1Источники