RU

Alim: Azərbaycanın iqlim və relyef xüsusiyyətləri istilik nasoslarının tətbiqi üçün əlverişlidir

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanın həm günəş, həm də külək enerjisi üzrə böyük potensialı var və coğrafi mövqeyi bu sahələrin inkişafı üçün uyğundur.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Almaniyanın “EnBW AG” şirkətində çalışan, enerji sistemlərinin modelləşdirilməsi və bərpaolunan enerji üzrə ixtisaslaşmış alim-tədqiqatçı Rasim Cənnətəliyev söyləyib.

O bildirib ki, iqlim və relyef baxımından istilik nasoslarının istifadəsi üçün yaxşı potensial mövcud olsa da, lazımi texniki baza ilə yanaşı, normativ-hüquqi çərçivənin də yaradılması tələb olunur.

“İstilik nasoslarının tətbiqi üçün də ölkənin iqlim və relyef xüsusiyyətləri əlverişlidir. Lakin bu sahənin inkişafı üçün tələb olunan infrastrukturun yaradılması və müvafiq qanunvericiliyin formalaşdırılması vacibdir”, – deyə R.Cənnətəliyev diqqətə çatdırıb.

 

Избранный
81
azertag.az

1Источники