RU

Ermənistanda 4 dövlət qulluqçusu saxlanılıb

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

İkisi polis əməkdaşı olmaqla 4 nəfər vəzifə saxtakarlığında şübhəli bilinirlər

Ermənistanda Daxili İşlər Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən bir qrup şəxs vəzifə saxtakarlığında və saxtakarlığa təhrikdə şübhəli bilinərək saxlanılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

“DİN-in Daxili Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məlumat əsasında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində DİN-in eyni idarəsinin və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən ikisi polis əməkdaşı olmaqla 4 nəfər əsaslı şübhələr əsasında saxlanılıb”, - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
ayna.az

1Источники