RU

Əhaliyə ŞAD XƏBƏR: Yeni ildən bu məhsullar ucuzlaşacaq

“Yeni ildən sonra bəzi məhsulların və xidmətlərin qiymətində azalma ola bilər. Bu, dünya bazarı, valyuta, daxili siyasət və tənzimləmələrdən asılıdır. Bəzi qiymətlərin ucuzlaşmasının əsas səbəbləri var. Qlobal əmtəə bazarında qiymətlərin 2025-2026-cı illərdə düşəcəyi proqnozlaşdırılır. Xüsusilə enerji məhsulları, neft və kömür kimi xammalların ucuzlaşması mümkündür. Bu düşüş inflyasiyaya da təsir edərək gündəlik istehlak mallarının qiymət artımını yavaşlada bilər”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

“Ucuzlaşa biləcək məhsullar arasında yanacaq və enerji, əsas ərzaq məhsulları, idxal malları, xammal əsaslı məhsullar və gündəlik istehlak malları var. Neft və qaz ucuzlaşsa, yanacaq və nəqliyyat xərcləri azalacaq. Taxıl, yağ, ət, süd kimi ərzaqlar ucuzlaşa bilər. Xaricdən gətirilən geyim, elektronika və məişət texnikası ucuzlaşar. Plastik, metal və tikinti materiallarının qiymətinin də düşməsi mümkündür.

Neft

Ucuzlaşma yerli amillərdən də asılıdır. Valyuta məzənnəsi, idxal rüsumları və vergi tənzimləmələri qiymətlərə təsir edir. Enerji qiymətləri və bazar proqnozları sürətlə dəyişir. Hər məhsul eyni dərəcədə ucuzlaşmaya bilər”.

A.Nəsirli qeyd edir ki, Azərbaycanda 2026-cı ildə inflyasiyanın nisbətən mülayim qalacağı gözlənilir.

“Bu səbəbdən idxal malları və xammal əsaslı məhsulların ucuzlaşma potensialı daha yüksək görünür. Ümumilikdə enerji, xammal, ərzaq və idxal mallarında ucuzlaşma şansı var, amma valyuta məzənnəsi və dövlət tənzimləmələri bu trendlərə təsir göstərə bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
4
konkret.az

1Источники