Qaşların uzanması müxtəlif səbəblərdən zəifləyir.
Pravda.az xatırladır ki, genetik faktorlar, yaşlanma və hormon dəyişiklikləri qaş köklərinin fəaliyyətinə təsir edərək böyüməni ləngidə bilər
Xüsusilə, tiroid pozuntuları və hormonal balanssızlıq qaşların uzanmasını xeyli zəiflədir. Bundan əlavə, biotin, dəmir, sink, C və D vitamini kimi vacib qida maddələrinin çatışmazlığı da qaşların seyrəkləşməsinə və uzanma prosesinin dayanmasına səbəb olur.
Tez-tez qaş alma və zərərli kosmetik müdaxilələr qaş köklərinə travma yaradaraq böyüməni poza bilər.
Mütəxəssislər düzgün qidalanma, daha az müdaxilə və uyğun qulluq vasitələrinin seçilməsinin qaşların yenidən uzanmasına kömək etdiyini vurğulayırlar.
Tarix: 9 Dekabr 2025, 17:10