RU

TANAP korroziyadan müdafiə üzrə yeni texnologiyalar hesabına boru kəmərlərinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır (ÖZƏL)

Bakı. Trend:

TANAP korroziyadan müdafiə ilə bağlı yeni texnologiyalarhesabına boru kəmərlərinin etibarlılığını 70 faizdən çoxartırır.

Trend xəbər verirki, bunu bu gün “Trans-Anatolian Natural Gas Pipeline” (TANAP)layihəsinin texniki xidmətlər üzrə baş meneceri Yavuz BozdoğanBakıda keçirilən “Asset Integrity & Corrosion and CoatingsConference” beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, boru kəmərlərini korroziyadan qorumaq vəneft-qazın fasiləsiz, uzunmüddətli nəqlini təmin etmək üçün RBI(Risk-Based Inspection – Riskə Əsaslanan Təftiş) üzrə mütəmadi riskqiymətləndirmələri, ACVG və DCVG korroziya nəzarəti üsulları,həmçinin katod mühafizəsi ilə müşayiət olunan monitorinq və daxilinəzarət alətlərindən geniş istifadə olunur.

“Rəqəmlərlə desək, bu texnoloji həllərin tətbiqi fasiləsiznəqliyyatın etibarlılığını 70 faizdən çox artırır”, – Y.Bozdoğanvurğulayıb.

Onun sözlərinə görə, boru kəmərləri adətən yeraltında yerləşdiyiüçün bu cür müdaxilələr və ölçmələr boru kəmərinin faktikivəziyyətinin tam nəzarətini və (Condition Monitoring Assessment)vəziyyət qiymətləndirilməsini aparmağa imkan verir.

O qeyd edib ki, müasir monitorinq və korroziyadan mühafizətexnologiyalarının tətbiqi TANAP boru kəməri infrastrukturununtəhlükəsiz və fasiləsiz istismarı üçün əsas amildir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının ikincimərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan–Türkiyəsərhədindən Türkiyənin qərb sərhədinədək daşıyır. TANAP-ın ümumidəyəri yeddi milyard dollardan azdır.

Genişlənmə çərçivəsində illik ötürücülük gücünün 24 milyardkubmetrə çatdırılması üçün bir neçə əlavə kompressor stansiyasınınquraşdırılması tələb olunur. Ümumilikdə ötürücülük qabiliyyətinin31 milyard kubmetrə qaldırılması üçün yeddi kompressor stansiyasınaehtiyac olacaq.

Hazırda Transanadolu qaz kəməri ilə hidrogen qarışığının nəqliimkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəqledilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsindəola bilər.

TANAP sisteminin nəzərdə tutulan istismar müddəti 2062-ci iləqədər davam edəcək.

Məqalədə:
Избранный
75
1
az.trend.az

2Источники