RU

Prezident Kitabxanasında “Rəşid Behbudov 110” adlı dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

9 dekabr 2025-ci il tarixində Prezident Kitabxanası və “BiziBirləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə“Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlərsilsiləsinin ilk mərhələsi – “Rəşid Behbudov 110” adlı dəyirmi masakeçirilib.

Trend xəbərverir ki, görüş Prezident Kitabxanasının İncəsənət zalında baştutub.

Tədbirdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini təmsiledən tanınmış incəsənət və mədəniyyət xadimləri iştirakediblər.

Dəyirmi masa Prezident Kitabxanasının direktoru, professor AfətAbbasovanın giriş nitqi ilə açılıb. Professor Abbasova qonaqlarısalamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniirsin davamlı inkişafına dair formalaşdırdığı strateji baxış bu günPrezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildəhəyata keçirilir və müasir siyasətin əsasını təşkil edir. Onunsözlərinə görə, silsilə tədbirlərin başlanğıcı Rəşid Behbudovunyubileyinə həsr olunması həmin siyasətin məntiqi davamıdır.

O, həmçinin qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın Azərbaycan musiqi irsinin qorunması, sistemlişəkildə toplanması və dünyada tanıdılması istiqamətində gördüyüişlər xüsusi dəyər daşıyır. Professor Abbasova vurğulayıb ki,Mehriban Əliyeva təkcə musiqi mədəniyyətimizin inkişafında deyil,ümumilikdə milli-mədəni irsimizin beynəlxalq səviyyədə təqdimatındamüstəsna rol oynayır və bu mənada Azərbaycan mədəniyyətinin əslhimayədarı və ilhamverici simasıdır.

Tədbirdə SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı,Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli müğənni Rəşid Behbudovahəsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarx sənətkarınzəngin ifa irsini və vokal məktəbinin özünəməxsus xüsusiyyətlərinigöstərib, həmçinin onun Azərbaycan musiqisinin dünyadatanıdılmasındakı töhfələrini əks etdirib.

Dəyirmi masa çərçivəsində Xalq artisti, bəstəkar FaiqSücəddinov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovvə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sənətkarınAzərbaycan mədəniyyətinin inkişafında oynadığı rol, ifaçıməktəbinin təsiri, musiqi və teatr sahəsində gətirdiyi yeniliklər,eləcə də həyatı, yaradıcılığı və xatirələri barədə fikirlərinibölüşüblər. Tədbirin gedişində Xalq artisti Faiq Sücəddinov, OrxanCəlilov, Əməkdar artist Emil Əfrasiyab və Əməkdar artist RamilQasımov tərəfindən musiqi çıxışları təqdim olunub.

Sonda professor Afət Abbasova yekun nitqində dəyirmi masadasəslənən məruzə və mülahizələrin Rəşid Behbudov irsinin dahadərindən anlaşılmasına töhfə verdiyini vurğulayıb və iştirakçılaratəşəkkürünü bildirib. O qeyd edib ki, bu görüş silsilənin ilktədbiridir və qarşıdakı görüşlər də Azərbaycan mədəniyyətininaparıcı simalarını bir araya gətirəcək.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Избранный
13
az.trend.az

1Источники