RU

Azərbaycanda yeni inkişaf strategiyası hazırlanır 7 maddə

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında baş nazir Əli Əsədov deyib.

“2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

1.Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

2.İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

3.Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

4.Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

5.Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

6.Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

7.Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.

2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir”, – Əli Əsədov bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
3
globalinfo.az

10Источники