RU

İrəvandan “3+3”-lə bağlı AÇIQLAMA

Ermənistan Xarici İşlər Nazirliyi “3+3” regional platforma çərçivəsində görüşün yeri ilə bağlı müzakirələrə münasibət bildirib.  

“Cebheinfo.az” xəbər verir ki, "Bu görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Qarşılıqlı məqbul həll yolu tapmaq üçün müzakirələr davam edəcək və razılıq əldə olunarsa, sizə məlumat verəcəyik", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan İctimai TV-yə bildirib.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında Azərbaycanın “3+3” regional formatının növbəti görüşünü əvvəlcə öz ərazisində, daha sonra isə Ermənistanda keçirməyi təklif edib. “Təəssüf ki, razılıq əldə olunmayıb - Ermənistan tərəfi bu ardıcıllıqla razılaşmayıb”, - Bayramov bildirib.

Xatırladaq ki, Rusiya Ermənistan, Azərbaycan və Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyəni əhatə edən "3+3" formatının yaradılmasını fəal şəkildə təşviq edib. Gürcüstan hələlik iştirak etmir, lakin digər iştirakçılar dəfələrlə Tbilisi üçün qapıların açıq qaldığını vurğulayıblar. Əvvəlki üç görüş ardıcıl olaraq Moskva, Tehran və İstanbulda keçirilib.

Избранный
21
cebheinfo.az

1Источники