RU

Litva ölkə üzrə fövqəladə vəziyyət elan etdi: Nə baş verir?

Litva hökuməti Belarusdan göndərilən PUA-larla hava məkanının bir neçə dəfə pozulması səbəbindən ölkə miqyasında fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Litva rəsmilərinin bildirdiyinə görə, Belarus ərazisindən havaya buraxılan meteoroloji şarlar qaçaqmalçılıq məqsədilə, əsasən siqaretlərin sərhəddən keçirilməsi üçün istifadə olunur.

Rəsmi Vilnüs bu hallarını ictimai təhlükəsizlik üçün ciddi təhdid hesab edir və dərhal reaksiya tələb edən vəziyyət kimi qiymətləndirir.

“Reuters”in yaydığı xəbərdə qeyd edilir:

“Litva çərşənbə axşamı ictimai təhlükəsizlik üçün təhlükə yaradan, Belarusdan buraxılan qaçaqmal hava şarları səbəbilə fövqəladə vəziyyət elan edib”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
19
konkret.az

1Источники