RU

Ulduz futbolçu daha "Barselona"da oynaya bilməyəcək?

"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo artıq Kataloniya klubunda oynaya bilməyəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə İspaniyanın nüfuzlu COPE nəşrinin jurnalisti və insayderi Xuanma Kastanyo çıxış edib.

"Arauxonun problemləri göründüyündən daha ciddidir. O, bir daha "Barselona" forması geyinməyə bilər", – deyə Kastanyo bildirib.

Qeyd olunur ki, uruquvaylı futbolçu bir müddətdir psixoloji çətinliklərlə mübarizə aparır və mövcud vəziyyətdə "Barsa"nın tələb etdiyi səviyyədə rəqabət apara bilmədiyini etiraf edib.

Избранный
64
publika.az

1Источники