RU

Litvada fövqəladə vəziyyət

Litvada fövqəladə vəziyyət elan olunub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vladislav Kondratoviç bəyan edib.

Fövqəladə vəiyyətin elan olunması Belarusdan göndərilən kontraband siqaret daşıyan hava balonlarıyla əlaqədardır.

“Bu, həm mülki aviasiya, həm də milli təhlükəsizlik üçün zəruridir”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, son iki ayda bir neçə belə hadisə baş verib və Vilnüs aeroportunun fəaliyyəti bir neçə dəfə dayandırılıb. Bildirilib ki, əgər kontrabanda davam edərsə, Litva sərhədi yenidən bağlaya bilər.

Zeynəb Rzayeva

Избранный
57
bakivaxti.az

1Источники