RU

Əcnəbilər tibbi xidmətlərə görə ödədiyi ƏDV-nin bir hissəsini geri alacaqlar

Bakı. Trend:

"Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AzərbaycanRespublikasının ərazisində alınmış istehsal, yaxud kommersiyaməqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavədəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın VahidForması"nın təsdiq edilməsi haqqında qərarda dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərarimzalayıb.

Qərara əsasən, xarici vətəndaşlar Azərbaycanda onlara göstəriləntibbi xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) birhissəsini geri alacaqlar.

ƏDV aşağıdakılara əməl edildiyi hallarda qaytarılır:

- bir elektron qaimə-faktura üzrə malların və ya göstəriləntibbi xidmətlərin dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çoxolduqda;

- elektron qaimə-faktura tərtib edildiyi gündən 90 günmüddətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisinitərk edərkən həmin elektron qaimə-fakturada gömrük orqanıtərəfindən müvafiq qeyd aparıldıqda;

- göstərilən tibbi xidmətlərin dəyəri nağdsız qaydadaödənildikdə.

ƏDV-nin geri qaytarılmasını ölkə ərazisini tərk edərkən müvəkkilbankdan tələb edə və ya bu elektron qaimə-fakturada göstərilənhesaba köçürülməsi məqsədilə qeyd olunan Formanı bunun üçünyaradılmış qutuya atmaq olar.

Məqalədə:
Избранный
50
2
az.trend.az

2Источники