RU

Litvada fövqəladə vəziyyət elan edildi

Litva hökuməti Belarusdan gələn hava balonları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Litva Radio və Televiziya (LRT) portalı məlumat yayıb. 

Bildirilir ki, vəziyyətlə bağlı iclas keçirilib. Toplantıda Litvanın daxili işlər naziri Vladislav Kondratoviç qanun layihəsinin mətnini oxuyub. Kabinet üzvlərindən heç bir etiraz olmayıb və baş nazir İnqa Ruqiniene qanun layihəsinin qəbul edildiyini bildirib. 

Bəyanatda deyilir ki, Litvada Belarusdan “qaçaqmal daşıyan və Litva dövlətinin milli təhlükəsizlik maraqlarına təhlükə törədən” isti hava balonları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Избранный
65
unikal.az

1Источники