RU

Korroziya yoxlamaları artıq bir saat ərzində həyata keçirilə bilir

Bakı. Trend:

Korroziya yoxlamaları əsasən təhlükəli və riskli sahələrdəaparılır: "Əvvəllər bu proses üçün günlərlə hazırlıq tələbolunurdu, lakin indi bu yoxlamalar bir saat ərzində həyata keçiriləbilir.

Trend xəbərverir ki, bunu "Socar Upstream Management International"ınlayihələr üzrə meneceri Azər Vəliyev bu gün Bakıda keçirilən “AssetIntegrity & Corrosion and Coatings Conference” tədbirində çıxışızamanı deyib.

O bildirib ki, ənənəvi olaraq bu sahələrə daxil olmaq üçünskafoladlar (dayaq platforması) qurulur, bütün aktiv dayandırılırvə digər hazırlıqlar görülürdü, lakin indi dronlar və robotikyoxlama alətləri sayəsində bu iş bir saat ərzində icra oluna bilirki, bu da korroziya idarəçiliyində böyük bir irəliləyişdir.

A. Vəliyevin sözlərinə görə, robotik sürünən qurğular həmdaxili, həm də polad səthlərdə eyni üstünlükləri təmin edir:"Məsələn, maqnitli rulonlar şaquli gəmi və borulara yapışa bilir,boru daxili sürünən qurğular isə boruların içində hərəkət edəbilir. Əvvəllər bu, tam izolyasiya tələb edirdi.

Hazırda isə ən böyük irəliləyiş əlçatanlığın artırılması,təhlükəsizliyin yaxşılaşdırılması və korroziya yoxlamalarının dahatez-tez aparılmasının təmin olunmasıdır. Bu, korroziyaidarəçiliyinin gələcəyini formalaşdırır".

Məqalədə:
Избранный
95
az.trend.az

1Источники