RU

Nazir müavini: Təhsildə keyfiyyət mütləq təmin olunmalı və qorunmalıdır

Bakı, 9 dekabr, AZƏRTAC

Son illər təhsil sahəsində görülən sistemli islahatlar ölkə üzrə tədris infrastrukturunun əsaslı şəkildə yenilənməsinə də təkan verib. Bu dövr ərzində ümumilikdə 3 600-dən çox təhsil müəssisəsi yenidən inşa olunub və yaxud əsaslı şəkildə bərpa edilib. Görülən işlər 1,6 milyon şagird üçün müasir standartlara cavab verən tədris şəraitinin formalaşdırılmasına imkan verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransın açılışında deyib.

Nazir müavini bildirib ki, təhsilin əsas məqsədi yalnız öyrənmək və öyrətməklə məhdudlaşmır. O vurğulayıb ki, keçirilən bu konfransın nəticələri sadəcə bilik mübadiləsi ilə yekunlaşmayacaq. Mütərəqqi təhsil modelini olduğu kimi tətbiq etmək mümkün deyil, çünki təhsil sistemləri ölkədən-ölkəyə fərqlənir. Təhsildə keyfiyyət mütləq təmin olunmalı və qorunmalıdır. Bu sahədə islahatlar hazırlamaq isə heç də asan proses deyil. Nazir müavini əlavə edib ki, Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir.

Избранный
8
1
azertag.az

2Источники