RU

"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundu - SON DURUM

Türkiyə futbolunda qanunsuz qumar oyunları ilə bağlı saxlanılanlar arasında "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın futbolçusu Metehan Baltacı da var. 

Fanat.Az "TGRT Haber" telekanalına istinadən xəbər verir ki, futbolçuların məhkəməyə müşayiət olunduğu anlar həmin kameraya düşüb.

Görüntülərdə polis əməkdaşlarının iki futbolçunun qollarından tutaraq mühafizə olunan avtomobilə doğru apardığı görünür. 

İstintaq çərçivəsində saxlanılan və xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilən futbol şərhçisi və keçmiş hakim Ahmed Çakarın müalicəsi davam edir. Onun müalicəsi başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

İstanbul Prokurorluğu ümumilikdə 37 nəfərin saxlanılaraq məhkəməyə göndərildiyini açıqlayıb. 

Избранный
45
fanat.az

1Источники