RU

"ABŞ Zelenskini Aİ müttəfiqlərindən uzaqlaşdırmağa çalışır" – Ukrayna rəsmisi

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiqi artırmaq üçün onu Avropa İttifaqı (Aİ) tərəfdaşlarından uzaqlaşdırmağa çalışır.

Missiya.Az xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən ukraynalı rəsmi "Axios" nəşrinə deyib.

"Kiyev Vaşinqtonun Zelenskini Avropa liderləri ilə koordinasiyadan kənarda saxlamağa cəhd etdiyini düşünür. Ukrayna rəsmiləri ABŞ-nin Zelenskini Avropa liderlərindən uzaqlaşdırmaqla ona daha təsirli təzyiq göstərmək istədiyini hesab edirlər”, – nəşr yazıb.

Rəsmilər bildiriblər ki, Zelenski sülh danışıqları ilə bağlı qərarları avropalı tərəfdaşları ilə razılaşdırmadan qəbul edə bilməz.

Qeyd edək ki, daha əvvəl Zelenski ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında telefon danışığı zamanı Vaşinqtonun sülh planının daha sərt şərtlər ehtiva edən yeni variantının müzakirə olunduğu barədə məlumat yayılmışdı.

Seyranə QuliyevaMissiya.Az

Избранный
47
missiya.az

1Источники