Bakı. Trend:
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərdəsəfərdə olub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, nazir müavini Qətər dövlətinin dəstəyi iləkeçirilən 23-cü Beynəlxalq Doha Forumunda iştirak edib və iqlimdiplomatiyasına həsr olunmuş panel sessiyada çıxış edib.
F.Rzayev Azərbaycanın yaşıl enerjiyə keçid və alternativ enerjimənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29-dasədrliyi zamanı gördüyü işlər və nailiyyətlərdən bəhs edib.
O, eyni zamanda, cari ilin noyabr ayında Braziliyada keçirilmişCOP30 tədbirinə Azərbaycanın verdiyi töhfələr və COP "troyka"beynəlxalq iqlim diplomatiyası çərçivəsində davam edən fəaliyyətibarədə danışıb.
F.Rzayev həmçinin səfər çərçivəsində Qətərin Lusailuniversitetinin rəhbərliyi və professor-müəllim heyəti, eynizamanda Beynəlxalq siyasi araşdırmalar mərkəzinin rəhbərliyi iləgörüşlər keçirib.
Görüşlər zamanı nazir müavini Azərbaycanın müstəqilliyini bərpaetdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfliəlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə,eyni zamanda ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası,Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıistiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycan vəQətər arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidəəməkdaşlıq barədə danışıb.