RU

İrəvan Bakının iradına cavab verdi: Razılıq əldə olunarsa...

“3+3” regional platforma görüşünün yeri ilə bağlı müzakirələr davam edir.

Publika.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi Bakının bəyanatına cavab olaraq bildirib.

"Bu görüşün İrəvanda və ya Bakıda keçirilməsi planlaşdırılır. Hər iki tərəf üçün məqbul həll yolu tapmaq üçün müzakirələr davam edəcək. Razılıq əldə olunarsa, məlumat verəcəyik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan İctimai TV-yə bildirib.

Bundan əvvəl, dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirmişdi ki, Azərbaycan regional “3+3” formatının növbəti görüşünün əvvəlcə öz ərazisində, sonra isə Ermənistanda keçirilməsini təklif edir.

Избранный
78
publika.az

1Источники