RU

Almaniyanın elektrik enerjisi istehsalında yaşıl enerjinin payı artır

Berlin, 9 dekabr, AZƏRTAC

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatına əsasən, bu ilin üçüncü rübündə külək və Günəş enerjisindən indiyə qədər həmin dövr üçün ən yüksək həcmdə elektrik enerjisi istehsal olunub. İyul-sentyabr aylarında daxili elektrik enerjisi istehsalının təxminən 64 faizi bərpaolunan mənbələrdən əldə edilib.

Bərpaolunan enerji mənbələri arasında əsas pay (26,8 faiz) külək enerjisinə məxsusdur. Günəş enerjisindən istehsal isə 24,1 faiz paya malik olub. Hər iki sahədə artım genişləndirmə işləri sayəsində rekord səviyyəyə çatıb.

Eyni zamanda, idxal olunan elektrik enerjisi 11,9 faiz azalaraq 20,7 milyard kilovat-saata düşüb. İxrac isə 5,9 faiz artaraq 12,5 milyard kilovat-saata yüksəlib. Statistikaya əsasən, idxal-ixrac balansındakı artıq həcm təxminən 30 faiz azalıb. Bu onu göstərir ki, Almaniyada enerji həcmi daha çox yaşıl mənbələr istiqamətində şaxələnir.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
22
2
azertag.az

4Источники