Bakı. Trend:
Çinin mal ticarətindəki saldosu artan ixrac fonunda bu il ilkdəfə olaraq bir trilyon dolları keçib.
Trend"Financial Times" nəşrinə istinadən xəbər verir ki, ilin ilk 11ayında ölkənin ticarət balansındakı profisiti 1,076 trilyon təşkiledib.
Çinin ixracı noyabr ayında ötən illə müqayisədə 5,9 % artıb.Çinə idxal noyabrda 1,9 % artıb ki, bu da ay ərzində 112 milyarddollarlıq profisitə səbəb olub.