İngiltərə Premyer Liqasında “Vulverhempton” və “Mançester Yunayted” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun Vulverhemptondakı “Molineux” stadionunda baş tutub.
“Qırmızı şeytanlar” 4:1 hesabı ilə qalib gəliblər.
Qonaq komandanın matçdakı ilk qolunu 25-ci dəqiqədə yarımmüdafiəçi Brunu Fernandeş vurub. Birinci hissənin sonlarında, 45+2-ci dəqiqədə “Vulverhempton”un yarımmüdafiəçisi Jan-Rikner Belleqard hesabı bərabərləşdirib. İkinci hissədə, 51-ci dəqiqədə hücumçu Brayan Mbemo “Mançester Yunayted”ə üstünlük qazandırıb, 62-ci dəqiqədə Meyson Mauntun qolu isə onların üstünlüyünü daha da artırıb. Fernandeş 82-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.
15 oyundan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla altıncı yerdədir. “Vulverhempton” isə iki xalla 20-ci yerdə qərarlaşıb.