RU

Müftilər niqaba və kütləvi namazlara QARŞI ÇIXDILAR – VİDEO

Müftilər niqaba və kütləvi namazlara qarşı çıxıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiyanın Ali Müftisi dindarları ictimai yerlərdə namaz qılmaqdan və radikal geyimlərdən çəkinməyə çağırıb.

Həştərxanda keçirilən beynəlxalq İslam konfransında Rusiyanın Ali Müftisi Talqat Tacuddin və digər din xadimləri möminlərə müraciət ediblər.

Onlar müsəlmanlara “siyasi aksiya” xarakteri daşıyan kütləvi namazlardan imtina etməyi tövsiyə ediblər.

Bildirilib ki, ibadət qanunla müəyyən edilmiş yerlərdə, başqalarına mane olmadan yerinə yetirilməlidir.

Həmçinin, müsəlman liderləri “terrorçu geyimi” kimi xarakterizə etdikləri niqabdan imtina etməyi məsləhət görüblər.

Qeyd olunur ki, müsəlman icmaları radikallarla mübarizə çərçivəsində dövlətdən ictimai namazların və niqabın qadağan edilməsini tələb edir və bu istiqamətdə dəstək gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
15
interpress.az

1Источники